Ağdam sakini: "Onlara deyəcəm ki, gözləriniz aydın, şəhərimiz azaddır"
Yeniliklərdən dərhal xəbərdar olun
“Mənim atam - anam, nənələrim, babalarım ağdamlıdır. Ağdam işğal ediləndə uşaq idim. Bu gün bura həm də onların gözü ilə baxıram. Təəssüflə bildirirəm ki, bu gün doğmalarımın bəziləri dünyada yoxdur. Amma onların ruhunun narahat olduğunu duymaq mənim üçün o qədər də çətin deyil”.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu Ağdama səfər edən yerli sakin Məhsəti Hüseynova deyib.
O, qeyd edib ki, səfərdən dönəndə ilk ziyarət edəcəyi yer dünyasını dəyişmiş yaxınlarının məzarı olacaq.
“Xaraba qalan şəhərdən torpaq götürəcəm, onu babamın, nənəmin, “Ağdam” deyə-deyə dünyasını dəyişən yaxınlarımın məzarına səpəcəm. Yüksək səslə deyəcəm ki, gözləriniz aydın, həsrətini çəkdiyiniz Ağdam artıq azaddır”.
Oxşar xəbərlər
Ermənistanın viran qoyduğu Ağdam tezliklə regionun ən gözəl şəhərlərindən birinə çevriləcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, xarici diplomatik korpusun işğaldan azad olunmuş ərazilərdə mövcud vəziyyətlə tanışlıq...