Ağ Evin hasarından keçən uşaq panikaya səbəb oldu - FOTO

Ağ Evin hasarından keçən uşaq panikaya səbəb oldu - FOTO
Foto
Siyasət 176

ABŞ-də 2 yaşlı uşaq Ağ Evi əhatə edən metal hasarlardan keçərək Prezident binasına daxil olub.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, uşağın bu hərəkəti Prezident binasının təhlükəsizliyinə cavabdeh olan məxfi xidmət əməkdaşlarını panikaya salıb.

Ağ Evin təhlükəsizlik sistemləri işə salındıqdan sonra mühafizəçilər körpəni götürüblər və əraziyə giriş qısa müddətə məhdudlaşdırılıb.

Onlar ailəsinə bir neçə sual ünvanladıqdan qısa müddət sonra uşağı təhvil veriblər.

Qeyd edək ki, son illərdə bir sıra təhlükəsizlik pozuntularından sonra Ağ Evin hasarının hündürlüyü iki dəfə artırılaraq, təxminən 4 metrə çatdırılıb.

Son xəbərlər