Ağ Evdən Priqojinin ölümü ilə bağlı ilk AÇIQLAMA: ƏLİMİZ YOXDUR

Ağ Evdən Priqojinin ölümü ilə bağlı ilk AÇIQLAMA: ƏLİMİZ YOXDUR
Siyasət 9

“Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin ölümünə səbəb olan təyyarə qəzasına Ağ Evdən ilk açıqlama gəlib.

BAKU.WS xəbər verir ki, milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Rusiya prezidentinin köməkçisi Yuri Uşakovla telefon danışığı aparıb.

ABŞ rəsmisi telefon danışı zamanı Yevgeni Priqojinin ölümü ilə nəticələnən təyyarə qəzasında ölkəsinin əlinin olmadığını diqqətə çatdırıb.

Qeyd edək ki, Y.Priqojinə məxsus “Embrair” biznes-jet Moskvanın Şeremetyevo hava limanından Sankt-Peterburq şəhərinə doğru uçurmuş. Təyyarədə üç pilot və yeddi sərnişin olub. Onların hamısı ölüb.

Son xəbərlər