Afrikada şəhidlərimiz adına su quyuları qazılır - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Vətənin bütövlüyü uğrunda canlarından keçən, şəhid olmağı özünə şərəf bilənlərin adlarına bulaqların tikilməsinin tez-tez şahidi oluruq.
Bu dəfə şəhidlərimizin adına bulaq, daha doğrusu, su quyuları qazıldı. Özü də Afrikada. İnsanların suya daha çox ehtiyac duyduğu yerdə. Şəhidlərin xatirəsinə qazılan quyulardan yüzlərlə insan su içir, kəndlərin su tələbatı ödənilir.
İnsanların xüsusi marağına səbəb olan bu təşəbbüsdə ilk iştirak edən şəhid ailələrindən biri baş leytenant Bayram Babaşovun ailəsidir. Bu təşəbbüsü həyata keçirən dərnək isə Türkiyədə yerləşir.
Qeyd edək ki, Türkiyədə fəaliyyət göstərən bu yardım dərnəyinə təkcə şahid ailələri yox, hamı qoşula, yardıma ehtiyacı olan insanlara əl uzada bilər.
Daha ətraflı BAKU.TV-nin süjetində:
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan səfərindən görüntülər - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngil...