AFAD-ın çadırlarını oğurlayan 3 nəfər tutulub - FOTO

AFAD-ın çadırlarını oğurlayan 3 nəfər tutulub - FOTO
Foto
Siyasət 131

Şanlıurfada zəlzələdən zərər çəkmiş, ehtiyacı olan ailələrə veriləcək AFAD-ın çadırlarını oğurlayan 3 nəfər saxlanılıb.

BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, şəhərin Siverek rayonundakı evdə aparılan axtarış zamanı istifadə olunmayan 4 AFAD çadırı tapılıb.

Hadisədə şübhəli bilinən şəxs saxlanılıb.

Həmçinin daha iki nəfər Şanlıurfada Şair Nəbi məhəlləsində AFAD çadırlarını oğurlayarkən polis tərəfindən iş başında yaxalanıb.

Saxlanılan 41 və 46 yaşlı şəxslər polis idarəsindən sonra məhkəməyə göndərilib.

Çadırlar məhəllə muxtarına təhvil verilib.

Son xəbərlər