ADY-də yeni sədr müavini təyin edilib
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycan Dəmir Yolları" QSC-də (ADY) yeni təyinat həyata keçirilib.
BAKU.WS ADY-dən verilən məlumata görə, Azərbaycan Prezidentinin 22 may 2025 tarixli sərəncamına əsasən, Nicat Tofiq oğlu Quliyev "Azərbaycan Dəmir Yolları" QSC sədrinin müavini vəzifəsinə təyin edilib.
Nicat Quliyev 1985-ci ildə anadan olub. 2005-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavriat və 2007-ci ildə magistratura pillələrini fərqlənmə ilə bitirib.
2009-cu ildən 2015-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və "Azəryolservis" ASC-də müxtəlif vəzifələrdə çalışıb.
2015-ci ildə "Azərbaycan Dəmir Yolları" QSC-də fəaliyyətə başlayıb, 2016–2025-ci illərdə Hüquq departamentinin müdiri və ADY sədrinin müşaviri vəzifələrini icra edib.
ADY-də çalışdığı müddətdə bir sıra layihələrə rəhbərlik edib. 2020-ci ildə ADY-nin "140 illik yubiley medalı" ilə təltif olunub.
Oxşar xəbərlər
TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb
Ötən gün Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi cənab Ramil Həsən Türk Dövlətləri Təşkil...