ADIF-in yeni icraçı direktoru kimdir?
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru təyin edilib.
BAKU.WS xəbər verir ki, Tural Qüdrət oğlu Piriyev, 2006-2007-ci illərdə hazırda ləğv prosesində olan "Atabank" ASC-də, 2007-2012-ci illərdə isə "PAŞA Holdinq" MMC-də hüquqşünas kimi çalışıb, eləcə də 2011-2012-ci illərdə holdinqə daxil olan "PAŞA Həyat Sığorta" ASC-nin Audit Komitəsinin sədri, 2012-2014-cü illərdə isə yenə də bu holdinqin strukturu olan "Kapital Bank" ASC-nin Hüquq departamentinin direktoru olub.
O, həmçinin 2011-2013-cü illərdə Azərbaycan Gimnastika Federasiyasında çalışıb.
T.Piriyev 2016-ci ilin aprel ayından indiyə qədər “PAŞA Holdinq”in Türkiyə üzrə ofisinin rəhbəri olub, eyni zamanda 2017-ci ilin mart ayından 3 il 3 ay müddətində “Şeffaf Aparey Ortodonti ve Elektronik San. Tic. A.Ş.” şirkətinin İdarə Heyətində üzv kimi, 2018-ci ilin iyul ayından isə “PD Turizm ve Gayrimenkul A.Ş.” şirkətinin İH sədrinin müavini kimi fəaliyyət göstərib.
Oxşar xəbərlər
Amerikalı həkim koronavirusdan xilas olmağın yolunu açıqladı - MÜSAHİBƏ
BAKU.WS ABŞ-ın tanınmış həkim anestezioloq-reanimatoloqu İsmail Abadan Mehrinin “Report”un xüsusi müxbirinə müsahibəsini təqdim edir: - Hazırda koronavirus pand...