ABŞ Yəmənə yeni zərbə endirib

ABŞ Yəmənə yeni zərbə endirib
Siyasət 40

Amerika Birləşmiş Ştatları (ABŞ) husilərin yerüstü pilotsuz təyyarələrini hədəf alaraq Yəmənə yeni hücuma keçib.

BAKU.WS xəbər verir ki, bu barədə Amerika Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsində məlumat yayıb.

Qeyd edilib ki, zərbələr Yəmənin husilərin nəzarətində olan ərazilərində “partlayıcı yüklənmiş iki pilotsuz husi yerüstü maşını” hədəf alıb və “ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri və bölgədəki ticarət gəmiləri üçün birbaşa təhlükə təşkil edib”.

Bundan əvvəl “Ənsar Allah” hərəkatı (husilər) ABŞ və Böyük Britaniyanın Yəmən ərazisinə yeni hücumu barədə məlumat vermişdi. Hücumun Hudeyda əyalətində yerləşən Əl-Katib bölgəsində baş verdiyi vurğulanır.

Son xəbərlər