Yəmənlilər ABŞ və Böyük Britaniyaya meydan oxudu: Bunun əvəzini ödəyəcəklər

Yəmənlilər ABŞ və Böyük Britaniyaya meydan oxudu: Bunun əvəzini ödəyəcəklər
Siyasət 1

ABŞ və Böyük Britaniya Yəmənin şimalında hakimiyyətdə olan “Ənsarullah” hərəkatının (husilər) obyektlərinə raket zərbələri endirib.

BAKU.WS xəbər verir ki, Birləşmiş Ştatlar və Britaniyanın dəniz ticarətini təmin etmək məqsədilə Yəmənə hücumlarından sonra husilər İsrail gəmilərini hədəfə almağa davam edəcəklərini açıqlayıblar.

“Ənsarullah” hərəkatının lideri Əbdülməlik əl-Husi bildirib ki, beynəlxalq güclər qarşısında təslim olmayacaqlar: "Kim xalqımıza müdaxilə və ya hücum etmək istəyirsə, qarşıdurmaya girərək hərbi riskə gedir və bunun əvəzini ödəyəcək. Nəfəsimiz uzun, xalqımız böyük və uzunmüddətli münaqişələrə tab gətirəcək qədər güclüdür”.

Qeyd edək ki, ABŞ və Böyük Britaniya Yəməndəki husilərin hədəflərinə quru və dənizdən hücum edib. Yəmənin paytaxtı Səna, Hudeydə və Taiz şəhərlərində partlayış səsləri eşidilib.

Yəməndəki husilərin sözçüsü Məhəmməd Əbdüssəlam raket zərbələrindən sonra bildirib ki, Fələstin və Qəzzəyə verilən dəstək davam edəcək:

"Yəməni Fələstinə və Qəzzaya dəstək verməkdən çəkindirəcəklərini düşünürlərsə, yanılırlar. Yəmən dini və humanitar mövqeyini davam etdirəcək və hər şeyi ilə Qəzzanın yanında olacaq. Bu hücumlar Yəmənin möhkəmliyini və gücünü daha da artıracaq”.

İsrail gəmilərini hədəfə almaqdan başqa beynəlxalq dənizçilik üçün heç bir təhlükə yaratmadıqlarını və ABŞ-İngiltərə hücumlarına haqq qazandıra bilmədiklərini bildirən Əbdüssəlam, "Yəmənə qarşı bu hücumların qətiyyən heç bir əsası yoxdur. Qırmızı dəniz və Oman dənizində beynəlxalq naviqasiya üçün heç bir təhlükə yoxdur. İsrail gəmiləri və Fələstin limanlarına gedən gəmilər hədəf götürülür".

Son xəbərlər