ABŞ və Böyük Britaniya Yəmənə zərbələr endirdi - VİDEO

ABŞ və Böyük Britaniya Yəmənin şimalında hakimiyyətdə olan “Ənsarullah” hərəkatının (husilər) obyektlərinə raket zərbələri endirib.
Yəmənə hücumunun hədəfi Səna, Səada, Hudeydə, Taiz və Dhamar şəhərləri olub. Səna və Hudeydə hava limanları, həmçinin Əd-Deyləmi aviabazası vurulub.
Hücumlar təyyarələr, gəmilər və sualtı qayıqlardan atılan raketlərlə reallaşıb.
Yəmən Xarici İşlər Nazirliyi hücumlardan sonra açıqlayıb ki, London və Vaşinqton kütləvi hücumların yüksək qiymətini ödəməyə hazır olmalıdır.
Bu açıqlamadan sonra isə Yəmən tərəfi ABŞ bazasına doğru ballistik raket buraxıb.
The UK and US aren't attacking the Houthis. They are bombing the capital of Yemen. This is collective punishment simply for stopping ships from passing their own waters!!!pic.twitter.com/65NuNgGTKB
— Syrian Girl 🇸🇾 (@Partisangirl) January 12, 2024
Sana'a International Airport, Yaman. pic.twitter.com/hY5x0UDVHD
— Jax (@JackVardan) January 12, 2024
Oxşar xəbərlər
Aİ Qırmızı dənizdə hərbi əməliyyat keçirməklə bağlı danışıqlar aparır
Yəmənin husi üsyançılarının Qırmızı dənizdə gəmilərə davam edən hücumları fonunda Avropa İttifaqı (Aİ) dəniz əməliyyatı keçirməyi nəzərdən keçirir. “Report” xəb...
