ABŞ İranı "iranlının əli" ilə vurmaq istəyir - FOTO
14
avq
2019
14:45
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-ın "Harry S Truman" döyüş gəmisinə cari ilin iyul ayından etibarən əslən İrandan olan general Kavon Həkimzadeh rəhbərlik edir. BAKU.WS xəbər verir ki, bu barədə "stripes.com" portalı yazıb. Bildirilir ki, 51 yaşlı general Texasda anadan olub. Onun anası amerikalı, atası isə iranlı olub. Sonradan İrana köçən ailə 1979-cu ildə İslam İnqilabı baş verərkən ABŞ-a yenidən qayıdıb. K.Həkimzadeh 9 yaşlı bacısı və hamilə anası ilə birgə Missisipi ştatının Hatisburq şəhərinə yerləşib. Bundan sonra Amerikada yaşayan və gənc yaşlarından hərbçilərin sıralara qoşulan Həkimzadəh ölkənin ən böyük təyyarə və silah daşıyan hərbi gəmisinə rəhbərlik etmək dərəcəsinə qalxıb. Qeyd edək ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin “USS Harry S. Truman” aviadaşıyıcısı ötən ildən etibarən Virciniya ştatında yerləşən Norfolu limanını tərk edərək Yaxın Şərqə yerləşib. Bundan əlavə İranın sahil sularında "USS Harry S Truman" təyyarə daşıyan gəmisində "Hornet" və "Super Hornet" döyüş təyyarələrindən və erkən xəbərdarlıq sistemlərindən ibarət ordu qərargahı yaradılıb.
Qalereya
Oxşar xəbərlər
İki ölkənin qırıcısı üz-üzə gəldi, atəş açıldı - Havada böyük gərginlik
Rusiya hərbi təyyarələri Cənubi Koreya hava məkanına qanunsuz daxil olub.BAKU.WS CNN Türk-ə istinadən xəbər verir ki, bunu Cənubi Koreya ordusu açıqlayıb.Məluma...