ABŞ qırıcıları UNO-nu vurublar - ANBAAN VİDEO

ABŞ qırıcıları UNO-nu vurublar - ANBAAN VİDEO
Video
Siyasət 1198

ABŞ Prezidenti Co Baydenin göstərişi ilə ölkənin Kanada sərhədi yaxınlığında Huron gölü üzərində naməlum uçan obyekt vurulub.

BAKU.WS xəbər verir ki, bu barədə CNN-ə Pentaqonun sözçüsü Patrik Rayder bildirib.

O, əlavə edib ki, obyekt hərbi təhlükə kimi qiymətləndirilməyib, lakin uçuş üçün təhlükə yaradıb:

"Biz bunu yer üçün kinetik hərbi təhlükə kimi qiymətləndirməmişik. Lakin uçuş və müşahidə potensialına görə təhlükə kimi görmüşük".

Qeyd edək ki, Kanada ilə sərhəd yaxınlığında ABŞ qırıcısı tərəfindən vurulan obyekt qeyri-standart formada olub.

Konqresmen Cek Berqmanın sözlərinə görə, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "F-16" qırıcısı "Sidewinder" raketi ilə Huron gölü üzərində sirli “səkkizguşəli” obyekti vurub.

Son xəbərlər