ABŞ-nin İrana mümkün cavab - Hədəf bu gəmi ola bilər
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin İordaniyadakı hərbi bazasına hücumdan sonra Ağ Ev rəhbəri ilk dəfə kamuflyaj geyinərək toplantı keçirib.
BAKU.WS xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələri İranın nəzarətində olan Yəmən, İraq və Suriyadakı proksi qüvvələrə zərbə endirmək variantını nəzərdən keçirir.
Bildirilir ki, Birləşmiş Ştatların cavab atəşi Baydenin yaşıl işıq yandırmasından sonra iki gün ərzində reallaşacaq.
Son məlumata görə, ABŞ-nin İordaniyadakı dron hücumuna mümkün cavab tədbirləri İran Hərbi Dəniz Qüvvələrinə məxsus "İRİS Behshad" komandanlıq gəmisinin Ədən körfəzində fəaliyyət göstərən və husilərə kəşfiyyat məlumatı verən dəstək gəmilərinin vurulması ola bilər.
Qeyd edək ki, ABŞ bazasına PUA hücumu zamanı yaralananların sayı 40 nəfəri keçib, üç hərbçi həlak olub.
Oxşar xəbərlər
ABŞ bazasına PUA hücumu ilə bağlı SON DURUM - 8 hərbçi...
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Birləşmiş Ştatların İordaniyadakı bazasına hücumun nəticələrini açıqlayıb. Bu barədə RİA Novosti məlumat yayıb. Komandalıq ay...