ABŞ bazasına PUA hücumu ilə bağlı SON DURUM - 8 hərbçi...

ABŞ bazasına PUA hücumu ilə bağlı SON DURUM - 8 hərbçi...
Siyasət 3

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Birləşmiş Ştatların İordaniyadakı bazasına hücumun nəticələrini açıqlayıb.

Bu barədə RİA Novosti məlumat yayıb.

Komandalıq aydınlaşdırıb ki, ABŞ-ın İordaniyadakı bazasına hücumun qurbanlarının sayı 34-ə çatıb, onlardan səkkiz hərbçi daha yüksək ixtisaslı tibbi yardım göstərmək üçün təxliyə edilib. Onların vəziyyəti stabil göstərilib.

Qeyd edək ki, yanvarın 27-də axşam PUA-larla İordaniyanın şimal-şərqindəki ABŞ hərbi bazasına zərbələr endirilib. Hadisə nəticəsində onlarla insan yaralanıb, üç hərbçini xilas etmək mümkün olmayıb.

Amerikanın CNN telekanalı hadisəni Yaxın Şərqdə onsuz da gərgin olan vəziyyətin ciddi şəkildə gərginləşməsi kimi qiymətləndirib.

Son xəbərlər