ABŞ Hərbi Dəniz Qüvvələrinin təyyarə daşıyıcı gəmisi Türkiyəyə yola düşüb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Türkiyənin 10 vilayətində böyük dağıntılara səbəb olan zəlzələdən sonra dəstəyini davam etdirir.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Pentaqon açıqlama verərək Türkiyəyə əlavə dəstək göndərildiyi açıqlayıb.
Türkiyənin Adana vilayətindəki NATO-nun istifadəsində olan "İncirlik" hərbi-hava bazası ABŞ qüvvələrinin ilk yardım qruplarını zəlzələdən zərər çəkmiş bölgələrə daşımağa başladığını, Türkiyənin çağırışı ilə 2 mülki şəhər axtarış-xilasetmə qrupunun ABŞ-dan Türkiyəyə göndərildiyini bildirib.
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) təbii fəlakətdən xilasetmə qrupuna dəstək üçün bir qrup göndərdiyi, sözügedən qrupun sabah Türkiyədə olmasının gözlənildiyi açıqlanıb.
Qeyd edilir ki, Aralıq dənizindəki "USS George HW Bush" təyyarə gəmisinin Türkiyənin mümkün əlavə dəstək istəklərini qarşılamaq üçün Türkiyəyə doğru hərəkət edir. Türkiyənin yardım tələblərinə tez zamanda cavab verməyə hazır olduqlarını bildirilib.
Oxşar xəbərlər
Dünya tarixində qeydə alınan 10 ən güclü zəlzələ - FOTO
Dünya tarixində elə zəlzələlər var ki, onların böyüklüyü və törətdiyi dağıntılar yaddaşlarda iz qoyub. Statistikaya görə, dünyada hər il təxminən 500 min zəlzəl...