ABŞ Fələstinə 50 milyon dollar ayırıb
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Fələstinə əlavə 50 milyon dollar ayırıb.
BAKU.WS "report"a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Fələstin Prezidenti Mahmud Abbasla danışıqlardan sonra bildirib.
Blinken deyib ki, bu məbləğ artıq Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Yaxın Şərq Agentliyinə ayrılmış vəsaiti tamamlayacaq.
Bundan əlavə, ABŞ Fələstin torpaqlarının sakinlərinə dördüncü nəsil (4G) internet xidmətlərinin göstərilməsini asanlaşdıracaq.
Blinken yanvarın 29-dan 31-dək Yaxın Şərq turnesindədir. ABŞ dövlət katibi artıq Misir və İsrailə səfər edib.
Oxşar xəbərlər
Həbsdə saxlanılan qazinin vəkili: “Misir Qasımlı və Sübhan Quliyevin həbs müddəti 40 gün uzadılıb”
Misir Qasımlı və Sübhan Quliyev məhkəməyə gətirilmədilər”. BAKU.WS xəbər verir ki, bunu Ukraynada həbsdə saxlanılan azərbaycanlı qazi, Vətən müharibəsinin iştir...