ABŞ diplomatların təxliyəsi üçün Rusiya təyyarəsinin gəlməsinə icazə vermədi
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ ölkəni tərk etmək əmri verilmiş Rusiya diplomatlarının təxliyəsi üçün xüsusi reysin göndərilməsinə icazə verməyib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Təyyarə bu ayın sonuna qədər ABŞ-ı tərk etmək barədə ultimatum almış həmkarlarımız və onların ailə üzvlərini gətirmək üçün uçmalı idi. ABŞ-ın bu cür davranışı cavabsız qalmayacaq. Rusiya xüsusi təyyarəsinin buraxılmasından imtina ediləcəyi təqdirdə, əks tədbirlər qaçılmaz olacaq", - Zaxarova vurğulayıb.
Bu ilin əvvəlində Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirmişdi ki, 2021-ci ilin sentyabrında bu il ABŞ-ı iki mərhələdə tərk etmək əmri verilmiş diplomatik missiyanın 55 əməkdaşının siyahısını təhvil veriblər.
Oxşar xəbərlər
Rusiyadan NATO-ya TƏHDİD: London
Ukraynada hərbi əməliyyatlar 72-ci gününə daxil olduğu vaxtda Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov nüvə başlıqlarının işə salınması ilə bağlı dünyanı narah...