ABŞ-da təyyarələr toqquşub, ölənlər var

13
noy
2022
23:30
ABŞ-ın Texas ştatında aviaşou zamanı iki təyyarənin toqquşması zamanı 6 nəfər həlak olub.
BAKU.WS “report”-a istinadən xəbər verir ki, bu barədə Dallas dairəsinin hakimi Kley Cenkins tviter hesabında yazıb.
“Dallas dairəsinin məhkəmə-tibb ekspertinin məlumatına görə, “Wings Over Dallas” aviaşousunda insident zamanı 6 nəfər həlak olub”, - Cenkins sosial şəbəkədə yazıb.
Qeyd edək ki, “Boeing B-17” bombardmanı digər təyyarə ilə şənbə günü toqquşub.

Oxşar xəbərlər
Çində təyyarə qəzasında 10 saniyəlik sirr - YENİ DETALLAR - VİDEO
Çinin cənubunda dünən baş verən təyyarə qəzası ilə bağlı yeni təfərrüat üzə çıxıb. BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, mütəxəssislər hesab edirlər ki, h...