ABŞ-da koronavirus tədbiri koronavirusa görə ləğv edildi
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-da yeni növ koronavirusun yayılması səbəbi ilə keçirilməsi nəzərdə tutulan konfrans COVID-19 virusuna görə ləğv olunub.
BAKU.WS xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi yazıb.
Agentliyin məlumatına görə, martın 13-də Nyu-Yorkda "Doing Business Under Coronavirus" adlı bir dəyirmi masanın keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Xarici Əlaqələr Şurası koronavirusun yayılması səbəbilə planlaşdırılan tədbiri ləğv edib.
Qeyd olunur ki, şura ABŞ-da 11 mart-3 aprel aralığında keçiriləcək bir sıra digər konfransları da ləğv edib.
Bu günə qədər ABŞ ərazisində 1039 nəfər koronavirusa yoluxub. Bunlardan 29-u ölüb.
Oxşar xəbərlər
Koronavirusdan hansı ölkədə nə qədər insan sağalıb - CƏDVƏL
Çində yaranan və dünyanın 80-dən çox ölkəsinə yayılan koronavirus xəstəliyinə (COVID-19) bu günə kimi 98 mindən çox insan yoluxub. BAKU.WS xəbər verir ki, virus...