ABŞ-da ilk dəfə türk polis rəisi oldu - VİDEO

ABŞ-da Paterson şəhər Polis İdarəsinə türk polis rəis təyin edilib.
BAKU.WS haberler.com-a istinadən xəbər verir ki, türk əsilli Mayk Baykora adlı şəxs xüsusi mərasimdə and içərək vəzifəsinin icrasına başlayıb.
Onun andiçmə mərasiminin türk dilində dua ilə başlaması və Baykoranın əlini müqəddəs Quran kitabına basması diqqətdən yayınmayıb.
Məlumat üçün bildirək ki, Türkiyənin Əskişəhər şəhərində doğulan Mayk Baykora kiçik yaşlarında ailəsi ilə Patersona köçüb və orada böyüyüb.
O, 1988-ci ildən polis təşkilatında çalışır. 2 uşaq atasıdır.
Qeyd edək ki, Paterson türklərin ən çox yaşadığı şəhərdir.
Qalereya
Oxşar xəbərlər
Pompeodan Putini qəzəbləndirəcək səfər
ABŞ-ın dövlət katibi Mayk Pompeo Rusiyanın ən yaxın müttəfiqi olan Belarusa səfər edəcək. BAKU.WS xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. Bildir...