ABŞ çeçen xüsusi təyinatlılarına qarşı sanksiya tətbiq etdi

ABŞ çeçen xüsusi təyinatlılarına qarşı sanksiya tətbiq etdi
Siyasət 1139
ABŞ Çeçenistanın “Terek” xüsusi təyinatlı çevik alayına qarşı sanksiya tələb edib. Bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.“Qara siyahı”ya alay komandiri Əbuzeyd Vismuradov, Kareliyanın 7 saylı cəzaçəkmə müəssisəsinin keçmiş rəisi Sergey Kossiyev, Rusiya istintaq komitəsinin müstəntiqi Yelena Trikulya, Rusiya DİN-in əməkdaşı Gennadi Karlovun da adları daxil edilib. Onların hamısının adı “Maqnitski qanunu” çərçivəsində “qara siyahı”ya daxil edilib.“Maqnitski qanunu” ABŞ-da 2012-ci ildə qəbul edilib. Qanun insan hüquqlarını pozan rusiyalılara qarşı sanksiyalar tətbiq edilməsini və adlarının ictimaiyyətə açıqlanmasını ehtiva edir.Qanun 2008-ci ildə həbs edilmiş, 2009-cu ildə təcridxanada ölmüş hüquqşünas Sergey Maqnitskinin şərəfinə belə adlandırılıb.

Oxşar xəbərlər

Son xəbərlər