ABŞ-a bir gecədə qış gəldi - VİDEO

ABŞ-a bir gecədə qış gəldi - VİDEO
Foto Video
Siyasət 375

ABŞ-a bir gecədə qış gəlib. İki ştatda havanın temperaturu birdən-birə 33 dərəcə aşağı düşüb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bir gündə yayın qış ilə əvəz edilməsinə səbəb qütb girdabı (polar vortex) olub.

Montana və Koloradoda yay fəslini yaşayan əhali səhər yuxudan oyandıqda ətrafın qarla örtüldüyünü görüb.

ABŞ-ın bir çox şəhərlərindən yüzlərlə insan qəribə mənzərəni görmək üçün Koloradoya axın edib.

Qütb girdabı nədir?

Qütblərdəki soyuq hava dalğasının aşağıya doğru yayılması nəticəsində Kanada və ABŞ-da temperaturun bir anda 25-30 dərəcəyə kimi düşməsinə yol açan soyuq hava dalğası olaraq bilinir.

Son xəbərlər