ABŞ Yaxın Şərq planında Bakıya güvənir? - Pezeşkian İranın hədəfini açıqladı

ABŞ Yaxın Şərq planında Bakıya güvənir? - Pezeşkian İranın hədəfini açıqladı
Video
Siyasət 78

Baku TV-nin "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişdə bildirilib ki, İran Prezidenti Məsud Pezeşkian Azərbaycan və Ermənistan arasında sülh yolu ilə həll prosesindəki irəliləyişi alqışlayaraq bunu "təhlükəsizliyin möhkəmləndirilməsi və regional əməkdaşlığın inkişafı istiqamətində mühüm addım" adlandırıb.

Ermənistanın "Alpha News" nəşri xəbər verir ki, bu barədə İran Prezidenti ötən həftə Tehranda Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşdə bildirib.

Görüş zamanı M.Pezeşkian İranın Ermənistan da daxil olmaqla qonşuları ilə hərtərəfli əlaqələri genişləndirməyə hazır olduğunu vurğulayıb və Tehranla İrəvan arasında strateji tərəfdaşlıq sənədinin hazırlanmasını başa çatdırmaq niyyətində olduğunu bildirib.

"İran məsələsi Türkiyə və Azərbaycana birbaşa təsir edir".

Türkiyənin "Haberler" nəşri bildirir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuad Oqtay ötən həftə Bakıda jurnalistlərə açıqlamasında deyib.

"Əgər İranda Suriyadakına bənzər bir qarışıqlıq baş verərsə, bunun bütün regiona və dünyaya təsiri fərqli olar. Amma bu təsir Azərbaycan və Türkiyədə daha güclü şəkildə hiss olunacaq. Elə bu səbəbdən də Türkiyə və Azərbaycan İran ilə ABŞ arasında problemin danışıqlar yolu ilə həllini arzu edir", - deyə o qeyd edib.

Son xəbərlər