ABŞ səfirliyindən İranın ölkəmizə qarşı həyata keçirdiyi dron hücumuna SƏRT REAKSİYA
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyi martın 5-də İranın ölkəmizə qarşı həyata keçirdiyi dron hücumunu pisləyib.
BAKU.WS xəbər verir ki, bu barədə səfirliyin paylaşımda bildirilib:
"ABŞ İran rejiminin 5 mart tarixində Azərbaycan Respublikasına qarşı həyata keçirdiyi, Naxçıvan Beynəlxalq Hava Limanını və orta məktəbini hədəf alan səbəbsiz pilotsuz uçuş aparatı hücumunu qətiyyətlə pisləyir.
Bu hücum nəticəsində günahsız mülki şəxslər xəsarət almış, mühüm mülki infrastruktura ziyan dəymişdir. Bu zərbələr Azərbaycanın suverenliyinin kobud şəkildə pozulması olmaqla yanaşı, İranın təcavüzkar davranışının əsassız şəkildə eskalasiyasıdır. Amerika Birləşmiş Ştatları bu təhdidlər qarşısında Azərbaycanla tam həmrəylik nümayiş etdirir. Bölgədəki tərəfdaşlarımızın ərazisinə qarşı hücumlar qəbuledilməzdir və belə hallara ABŞ-nin həmin tərəfdaşlara qətiyyətli dəstəyi ilə cavab veriləcək".
Oxşar xəbərlər
Pakistan Senatının sədri İranın Azərbaycana dron hücumlarından narahatlığını ifadə edib
Pakistan İslam Respublikası Senatının sədri Seyid Yusuf Rza Gilani Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edib. Bu barədə Milli Məclisin Mətbuat və ictimai...