ABŞ nümayəndələri Ermənistana gedir: "Tramp marşrutu" layihəsi müzakirə olunacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Gələn həftə ABŞ-dən olan nümayəndə heyəti Ermənistana səfər edəcək. Səfərin məqsədi Zəngəzur dəhlizi ilə bağlı "Tramp marşrutu" (TRIPP) layihəsinin müzakirəsidir.
BAKU.WS-in məlumatına görə, bu barədə "Joğovurd" qəzeti diplomatik mənbələrə istinadən xəbər yayıb. Bildirilir ki, müzakirələr zamanı layihənin yalnız texniki tərəfləri deyil, həm də siyasi aspektləri diqqət mərkəzində olacaq.
Görüşlərdə investisiya həcmi, prioritet istiqamətlər və tikinti işlərinə başlanma tarixi də gündəmə gətiriləcək.
Hazırda səfərin detalları açıqlanmasa da, məlumatda vurğulanır ki, müzakirələr qapalı formatda keçiriləcək. Qəbul ediləcək qərarların isə regionda yeni logistik reallığın formalaşmasına birbaşa təsir göstərəcəyi gözlənilir.
Oxşar xəbərlər
Ceyhun Bayramov TDT-nin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib
29 oktyabrda xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının paytaxtı Ankara şəhərinə işgüzar səfəri çərçivəsində Türk Dövlətləri Təşkilatı (TDT) Xa...