Abramoviç Türkiyədə taxıl dəhlizi sazişinin imzalanması mərasimində görünüb

24
iyl
2022
09:46
Rusiyalı iş adamı Roman Abramoviç İstanbulda Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracına dair müqavilənin imzalanması mərasimində iştirak edib.
BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, Abramoviç Rusiya və Ukraynanın ayrı-ayrılıqda müqavilə imzaladığı mərasim zamanı zaldakı oturacaqların ön sıralarında əyləşib.
Qeyd edək ki, iyulun 22-də Türkiyə, Rusiya, BMT və Ukrayna arasında kənd təsərrüfatı məhsulları və gübrələrinin ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını, eləcə də Ukrayna taxılının ixracının asanlaşdırılmasını nəzərdə tutan sənədlər imzalanıb.
Oxşar xəbərlər
Türkiyə, Rusiya və Ukrayna arasında taxıl ixracına dair saziş imzalandı
Türkiyə, Ukrayna və Rusiya nümayəndələri arasında Ukraynadan taxıl ixracına dair saziş imzalanıb. BAKU.WS “Report”a istinadən xəbər verir ki, imzalanma mərasimi...
