Abdulkadir Uraloğlu: Zəngəzur dəhlizində işlər 2030-cu ilə qədər başa çatacaq
Zəngəzur dəhlizində işlər 2030-cu ilə qədər başa çatacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu "CNN Türk"də çıxışı zamanı deyib.
"Türkiyə Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu-red.) ən vacib hissəsidir. Hazırda istədiyimiz qədər yük daşıya bilmirik. Biz bunu hər gün gücləndiririk. Bakı, Tbilisi və Xəzər dənizi marşrutları ilə nail olmuşuq, lakin Zəngəzur dəhlizi tutumun artırılmasına əhəmiyyətli töhfə verəcək", - nazir bildirib.
Uraloğlu qeyd edib ki, Zəngəzur dəhlizi türk dövlətlərinə və Uzaq Şərqə çıxış üçün ən qısa yol olacaq:
"Azərbaycan tərəfi Naxçıvan tərəfindəki dəmir yolunu təmir edir və onu Ermənistan sərhədinə qədər çatdıracaq. Horadizdən Bakıya qədər olan hissə isə artıq tamamlanmaq üzrədir. Beləliklə, həm avtomobil, həm dəmir yolu ilə yüklərin daşınmasına xidmət edəcək".
Oxşar xəbərlər
Zəngəzur dəhlizinin nə vaxt hazır olacağı açıqlandı
"Zəngəzur dəhlizi üzrə işlər 2030-cu ilə qədər başa çatacaq". BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdul...