AB əməyi istismar olunan işçilərin istehsal etdiyi məhsulları almayacaq

AB əməyi istismar olunan işçilərin istehsal etdiyi məhsulları almayacaq
Siyasət 49

Avropa Birliyi (AB) və Avropa Parlamenti (AP) əməyi istismar olunaraq çalışdırılan işçilərin məhsul istehsalının qadağa edilməsi mövzusunda saziş hazırlayıb.

BAKU.WS "Euronews"a istinadən xəbər verir ki, əməyi istismar olunan işçilərin istehsal etdiyi məhsulları alınmayacaq.

Bu razılaşma ilə işçilərin əməyini istismar edən şirkətlər müəyyən edilib onların bu addımının qarşısı alınacaq.

Belçika İqtisadiyyat və əmək naziri Pyer-İv Derman mövzu ilə bağlı açıqlama verib.

O bildirib ki, yeni layihə ilə şirkətlərin bu cür iş rejimi birdəfəlik aradan qaldırılacaq.

"Bu qərardan sonra bu cür istər yerli, istərsə də xarici şirkətlər artıq bazarımızda yer ala bilməyəcəklər".

Bu qadağalar AB-dən kənarda məcburi işçi qüvvəsi ilə istehsal olunan məhsullara, eləcə də AB-də istehsal olunan məhsullara şamil olunacaq.

Hələlik saziş Avropa Parlamenti tərəfindən rəsmi təsdiqlənməlidir.

Son xəbərlər