VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Nikol Paşinyanın "İsgəndər" raketləri ilə bağlı çıxışı boş, mənasız və panik vəziyyətdə olan bir açıqlamadır. Paşinyan raketlərindən istifadə edə bilməz. O, özü yaxşı bilir ki, "İsgəndər"ə komanda verməmiş Ermənistanda elə bir tozanaq qalxar ki, Paşinyanın külü ələ gəlməz".

Bu sözləri BAKU.WS-ə hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bildirib. 

Onun sözlərinə görə, Nikol Paşinyan hələlik şokdan ayılmayıb: "İtirilən ərazilər, minlərlə hərbçi və yüzlərlə texnika onun ağlını başından alıb. Naxçıvandan Ermənistana 50-60 kilometr məsafə var. Azərbaycanın raketi Ermənistanın mərkəzini bir neçə saniyəyə darmadağın edə bilər. Paşinyanın buraxacağı "İsgəndər" raketini Azərbaycanın Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qüvvələrinin sistemləri məhv etmək gücündədir.

Ermənistan neçə ildir ki, Mingəçeviri, Bakını, bizim neft kəmərləri vuracağını deyir. Paşinyanı sadəcə Moskvadan onun ağlında olan bir neçə siyasətçi ruhalandırıb. O, da bunun sayəsində belə bəyanatlar verir. Azərbaycan ordusu müharibəyə başlayıb və bu işi sona çatdırmaq lazımdır. Heç nədən çəkinib və ya qorxmaq lazım deyil.

Azərbaycanın İsraildən aldığı hava hücumundan müdafiə sistemləri "İsgəndər" raketlərini aşkarlayıb yox etmək gücündədir. Çox şeyləri danışmaq olmur. Onu bilin ki, Azərbaycan neçə illlərdir, böyük pullar sərf edərək silahlar alıb. Bu silahlar həmin bu günlər üçün alınıb.

Düşmən tərəfi darmadağın olur, uğursuzluq uğursuzluq ardınca gəlir. Paşinyan sürünə-sürünə Putinə yalvarır. Fransaya və digər ölkələrə zənglər edirlər".

Qeyd edək ki, Baş nazir Nikol Paşinyan Rusiya KİV nümayəndələri ilə görüşdə Ermənistanın "İsgəndər" taktiki raket sistemləri və "Su-30SM" qırıcılarından Azərbaycana qarşı istifadə edilmə ehtimalına münasibət bildirərkən deyib ki, onun üçün prioritet ölkəsinin təhlükəsizliyini təmin etməkdir.

Orxan Hüseyn
BAKU.WS