Azərbaycan və Qazaxıstan hərbçilərinin iştirakı ilə PUA təlimi keçirilir

Ölkəmizdə Azərbaycan və Qazaxıstan hərbçilərinin iştirakı ilə Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində "Tərlan-2025" birgə taktiki-uçuş təlimi başlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Bildirilib ki, təlimin açılış mərasimində Vətən uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin Dövlət himnləri səsləndirilib.
Mərasimdə çıxış edən təlim rəhbərləri iştirakçılara uğurlar arzulayaraq keçirilən birgə fəaliyyətin əhəmiyyətini vurğulayıblar. Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığının möhkəmləndirilməsində bu təlimin xüsusi rola malik olduğu bildirilib.
Daha sonra ssenariyə uyğun olaraq, şəxsi heyət qarşıya qoyulan tapşırıqların mərhələlər üzrə uğurla icrasına başlayıb.
Qeyd edək ki, birgə təlim iyulun 10-dək davam edəcək.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanla BƏƏ hərtərəfli iqtisadi tərəfdaşlıq sazişi imzalayıb
"Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi" imzalanıb. BAKU.WS "Report"a istinadə...