Saakaşvili: "Qarabağ Azərbaycandır və bu, dəyişməzdir"
"Azərbaycanla Ermənistan arasındakı hərbi toqquşmalar bölgəmizdəki sülh və xalqlarımızın rifahı üçün qayğı göstərən hər kəsi çox narahat edir. Bu gün bundan böyük dəyər yoxdur. Bu səbəbdən insan fədakarlığını və vəziyyətin kəskinləşməsini böyük ürək ağrısı ilə izləyirəm".
BAKU.WS xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili “Facebook” səhifəsində yazıb.
"Mənim mövqeyim çox aydındır, dövlət bütövlüyü prinsipinə söykənir, yəni Dağlıq Qarabağ Azərbaycan Respublikasının suveren ərazisidir və heç bir şey onu dəyişdirməyəcək. Əlbəttə, eyni zamanda bu bölgədən qovulan hər kəsin öz evlərinə qayıtmaq hüququ var", - deyə o vurğulayıb.
Oxşar xəbərlər
“Azərbaycan bizi aclıqdan xilas etdi, bunu unutmarıq” - Mixeil Saakaşvili
Son dövrlər cəbhənin Tovuz istiqamətində ermənilər tərəfindən törədilən təxribat zamanı Azərbaycana qarşı Serbiya istehsalı olan silahlardan istifadə edilməsi b...