Deputat toxunulmazlığına xitam verilməsi qaydası müəyyənləşdi

İntizam Komissiyası tərəfindən Milli Məclisin sədrinin göndərişi əsasında Milli Məclisin deputatının toxunulmazlığına xitam verilməsi haqqında Azərbaycan Respublikasının Baş Prokurorunun təqdimatına ən geci 3 iş günü müddətində baxılacaq.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu, sabah Milli Məclisin İntizam Komissiyası və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclasında müzakirəyə çıxarılacaq “Azərbaycan Respublikasının Milli Məclisinin İntizam Komissiyasının Əsasnaməsi” layihəsində əksini tapıb.
Layihəyə əsasən, eyni zamanda İntizam Komissiyası tərəfindən Milli Məclisin sədrinin göndərişi əsasında Milli Məclisin deputatlığından məhrumetmə ilə əlaqədar (Azərbaycan Respublikası konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 1-ci bəndinə 4-cü, 6-cı və 7-ci yarımbəndlərində göstərilən əsaslar olduqda) məsələyə 2 həftə müddətində baxılması nəzərdə tutulur.
Oxşar xəbərlər
Prezident yerli jurnalistlərə ilin yekunları ilə əlaqədar müsahibə verib - VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. BAKU.WS müsahibəni təqdim e...
