Azərbaycan XİN-dən Abxaziya və Cənubi Osetiya münaqişələri ilə bağlı AÇIQLAMA

07
avq
2020
15:53
“Azərbaycan Abxaziya və Cənubi Osetiyadakı münaqişələrin beynəlxalq hüquq normaları və prinsipləri əsasında həllinə tərəfdardır”.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) rəsmi "Twitter" hesabında bildirib:
“Azərbaycan və Gürcüstan bir-birinin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınan sərhədlərin toxunulmazlığını dəstəkləyən strateji tərəfdaşdırlar.
Azərbaycan Abxaziya və Cənubi Osetiyadakı münaqişələrin beynəlxalq hüquq normaları və prinsipləri əsasında razılaşdırılmış formatda sülh yolu ilə həllinə tərəfdardır”.
Oxşar xəbərlər
Prezident yeni XİN rəhbərini videoformatda qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib. BAKU....