SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Azərbaycan nüvə qaçaqmalçılığı və nüvə terrorizmi təhlükələrinin qarşısının alınmasında olduqca mühüm tərəfdaşdır.”
 
BAKU.WS ANS PRESS-ə istinadən xəbər verir ki, bu sözləri Birləşmiş Ştatlar prezidenti Barak Obama Nüvə Təhlükəsizliyi Sammitindən sonra keçirdiyi mətbuat konfransında ANS-in Vaşinqton bürosunun müxbiri Qənirə Ataşovanın Azərbaycanla bağlı sualını cavablandırarkən bəyan edib.

Obama sual ünvanlamaq üçün jurnalisti zalda oturanlar arasında özü seçib. İlk olaraq o Q.Ataovanın hansı ölkədən olması ilə maraqlanıb. Daha sonra isə sualını cavabalandırıb. 

"Azərbaycan digər bir çox ölkələr kimi vacib addımlar atıb. Hər bir ölkə öz milli tədbirlər planını irəli sürüb. Bəzi ölkələr var ki, onların yüksək həddə zənginləşdirilmiş uran ehtiyatı var. Onlar bu ehtiyatı məhv etməyə razıdırlar. Bəzi ölkələrin mülki məqsədli nüvə zavodları olmasına baxmayaraq, bu zavodların təhlükəsizliyini təmin etmək üçün kifayət qədər təcrübəyə malik deyillər.

Onlar bu təcürbəni xaricdən mənimsəyiblər. Bəzi ölkələr isə nüvə materiallarının qaçaqmalçılığında tranzit rol oynaya bilər. Onlar bizimlə sərhədlərə nəzarət və qaçaqmalçıları müəyyən etməkdə əməkdaşlıq ediblər. Azərbaycan coğrafi mövqeyinə görə bu prosesdə vacib tərəfdaş rolunu oynayır”, – deyə ABŞ Prezidenti Barak Obama bildirib.    

31 mart-1 aprel tarixlərində Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda 4-cü Beynəlxalq Nüvə Sammiti keçirilib. 52 dövlət və hökumət başçısının iştirak etdiyi tədbirdə Azərbaycanı ölkə prezidenti İlham Əliyev təmsil edib. Sammitdə həmçinin Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropa İttifaqı (Aİ), Beynəlxalq Polis Təşkilatı (INTERPOL) və Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) nümayəndələri də iştirak ediblər.
 
BAKU.WS