ANS-in jurnalisti Ağ evdə biabır oldu (VİDEO)

ANS-in jurnalisti Ağ evdə biabır oldu (VİDEO)
Video
Siyasət 11481

 

ANS TV-nin Vaşinqton bürosunun rəhbəri Qənirə Ataşovanın Ağ evdəki mətbuat konfransında ünvanladığı sual ölkədə gündəm yaradıb. 

BAKU.WS-in məlumatına görə, ANS-in əməkdaşı Amerika Dövlət Departamentinin sözçüsü Con Kirbiyə ingilis dilində sual verməyə çalışıb. Lakin dil bilgiləri kifayət qədər olmayan xanım jurnalistin sualını dövlət sözcüsü başa düşməyib. 

ATƏT-in ABŞ-dan olan həmsədri Ceyms Uorlikin qondarma Dağlıq Qarabağ rəsmiləri ilə görüşü barədə Kirbiyə sual ünvanlamağa çalışan Qənirə Ataşova məqsədinə çata bilməyib. İki dəfə cəhd etməsinə baxmayaraq Kirbi azərbaycanlı jurnalistin sualını anlamadığını bildirib. Bu vəziyyət Ağ evdə baş tutan gündəlik brifinqdə toplaşanların gülüşünə səbəb olub.

Video sosial şəbəkələrdə yayıldıqdan sonra minlərlə insan tərəfindən izlənilib. Sosial şəbəkə istifadəçiləri xanım jurnalisti jurnalisti kəskin tənqid ediblər. 

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər