Şəhidin atası: “6 aylıq oğlunu heç 15 gün qucağına ala bilmədi” - VİDEO

13
iyl
2020
15:46
Ötən gün Tovuz istiqamətində şəhid olan baş əsgər Elşad Məmmədovun 6 aylıq oğlu qalıb.
BAKU.WS xəbər verir ki, bu barədə şəhidin atası Dönməz Məmmədov dəfn mərasimində danışarkən bildirib ki, oğlu Vətən yolunda şəhid olub:
“Gənclər mənim oğlum kimi qoçaq olsunlar. Mədəni, mərifətli olsunlar. Dığa-duğanın qabağından da qaçmasınlar.
Oğlum hamıdan hündür, güclü bir oğlan idi. Ondan yadigar 6 aylıq oğul övladı qalıb. O, heç cəmi 15 gün oğlunu görüb qucağına ala bilmədi. Bütün şəhidlərimizə Allah rəhmət eləsin”.

Oxşar xəbərlər
Prezident yerli jurnalistlərə ilin yekunları ilə əlaqədar müsahibə verib - VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. BAKU.WS müsahibəni təqdim e...