SİZİN REKLAM BURADA!
055 213 76 73


Pakistan vətəndaşları Azərbaycandan təxliyə olunub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Azərbaycanda qalan 159 Pakistan vətəndaşı Pakistan Beynəlxalq Hava Yollarına (PIA) məxsus təyyarə ilə İslamabada yola salınıb.

“Təxliyə olunan pakistanlıların əksəriyyəti qısamüddətli vizalarla Azərbaycana gələn və COVID-19 pandemiyasının ardından bütün beynəlxalq uçuşların dayandırılması səbəbindən Pakistana geri dönə bilməyən turistlər və iş adamlarıdır”, - deyə məlumatda qeyd olunub.

O da bildirilib ki, təxliyə olunan pakistanlılar üçün Azərbaycana gələn təyyarədə 12 Azərbaycan vətəndaşı da Bakıya gətirilib.

Qeyd edək ki, bir müddət bundan öncə daha bir qrup Pakistan vətəndaşı ölkələrinə yola salınıb.

BAKU.WS
QALEREYA