VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"ATƏT-in Minsk Qrupu həmsədrlərinin ən əsas məqsədi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllidir".

Virtualaz.org bildirir ki, bunu Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik "Amerikanın səsi” radiosuna müsahibəsində deyib.

Onun sözlərinə görə, atəşkəs rejimini pozmaq cəhdləri narahatlıq yaradır: "Ən böyük təlaş yaradan məsələsi isə dinc əhali arasında itkilərin olmasıdır. Biz ağır artilleriyadan istifadəni pisləyirik”.

Ceyms Uorlik bildirib ki, həmsədrlər tərəflərin razılaşması və atəşkəs rejiminin möhkəmlənməsinə yönəlmiş istənilən təklifi dəstəkləyir.
 
BAKU.WS