SİZİN REKLAM BURADA!
055 213 76 73


"Ukrayna ordusu Donbası iki həftə ərzində Rusiya qoşunları və terrorçulardan azad edə bilər”.

BAKU.WS Publika.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Ali Radasının deputatı, "İnformasiya müqaviməti” hərbi-siyasi tədqiqatlar qrupunun rəhbəri Dmitri Tımçuk "1+1” telekanalının efirində deyib.

"Ukrayna ordusu real gücdür və iki həftə ərzində Donbası azad edə bilər. Terrorçular Ukrayna ordusunun genişmiqyaslı hücumundan qorxurlar. Onlar anlayırlar ki, Rusiyanın iqtisadi potensialı hansı vəziyyətdədir və iki il əvvəlki durumdan çox uzaqdır. Putin Qərbin ağır sanksiyaları altındadır”, - deputat bildirib.

Dmitri Tımçuk həmçinin xəbərdarlıq edib ki, Ukrayna ordusu hücuma keçsə, Rusiya prezidenti Vladimir Putin Donbasa qoşunların daxil edilməsi barədə əmr verə bilər. O, Rusiyanın Rostov vilayətində böyük miqdarda hərbi gücün cəmləndiyini xatırladıb.

Tımçuk daha əvvəl bildirib ki, terrorçuların Rusiya ordusunun dəstəyi olmadan Ukrayna ordusunun mövqelərinə genişmiqyaslı hücum üçün gücü yoxdur.

BAKU.WS