13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Tanınmış jurnalist Rauf Mirqədirov azadlığa çıxıb.
 
BAKU.WS məlumat verir ki, bakı Apellyasiya Məhkəməsində jurnalistin şikayətinə baxılıb. Hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə jurnalist haqqında həbs qəti imkan tədbiri dəyişdirilərək 5 il şərti cəza ilə əvəz edilib. 
 
Rauf Mirqədirov jurnalistlərə açıqlamasında ona dəstək olan hər kəsə təşəkkür edib. 
 
Qeyd edək ki, R.Mirqədirov 2014-cü il aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə jurnalist 6 il müddətinə azadlıqdan məhrum edilib. R.Mirqədirov həmin hökmdən apellyasiya şikayəti verib.
 
BAKU.WS