87 yaşlı Berluskoni 33 yaşlı sevgilisinə 100 milyon avro vəsiyyət edibmiş - FOTO/VİDEO

İtaliyanın keçmiş Baş naziri mərhum Silvio Berluskoninin vəsiyyəti açıqlanıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bu il iyunun 12-də Milan xəstəxanasında vəfat edən Berluskoninin ümumilikdə 6 milyard avro sərvəti olduğu ortaya çıxıb.
O, varidatının 100 milyon avrosunu son illər sevgili olduğu 33 yaşlı Marta Faşinaya vəsiyyət edib. Berluskoni ailə holdinqinin idarəsini isə ilk evliliyindən dünyaya gələn övladlarına vəsiyyət edib.
Qeyd edək ki, 87 yaşlı Silvio Berluskoni bu il aprel ayının əvvəlində pnevmoniya ilə xəstəxanaya yerləşdirilmişdi. O, xroniki leykozdan əziyyət çəkirdi. Xəstəliklə əlaqədar olaraq kimyaterapiya müalicə kursu keçmişdi. Daha sonra Berluskoni bir aydan çox Milanda "San Raffaele" klinikasında qalıb. İyunun 9-da yenidən xəstəxanaya yerləşdirilib.
S.Beluskoni 1936-cı il sentyabrın 29-da İtaliyanın Milan şəhərində anadan olub. O, dörd dəfə - 1994-1995, 2001-2005, 2005-2006, 2008-2011-ci illərdə İtaliya Nazirlər Sovetinin sədri (ölkənin Baş naziri) olub.
Qalereya
Oxşar xəbərlər
Berluskoni dəfn edildi - VİDEO
İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni dəfn edilib. Keçmiş baş nazir Silvio Berluskoninin vəfatı ilə əlaqədar 2023-cü il iyunun 12-dən 14-dək bütün ölkə...
