Berluskoninin 5 milyard avroluq mirası kimə qalacaq?

Vəfat edən İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni ölkənin ən zəngin adamlarından biri idi.
Bu barədə “Corriere della Sera” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, onun mirası təxminən 5 milyard avro dəyərində qiymətləndirilir və bu, onun 5 övladı və 16 nəvəsinə qalacaq.
Əsas pay 4,89 milyard avro dəyərində olan “Fininvest” ailə holdinqinin payına düşür. Holdinqə “Mediaset TV” şirkətinin 50%-i və “Mondadori” nəşriyyatının 53%-i, həmçinin “Mediolanum” bankı daxildir.
Beş uşağın hər biri hissələrin 7,65 faizinə, Berluskoni isə hissələrin 61,3 faizinə sahibdir.
“Forbes”in son reytinqinə görə, Berluskoni İtaliyanın ən varlı adamları siyahısında üçüncü yeri tutub. Bəzi illərdə o, ilk yerdə qərarlaşıb. Jurnal onun sərvətini bazar meyarlarına görə 6,9 milyard avro qiymətləndirib.
Biznesdən əlavə, Berluskoninin bir neçə villası, sarayları və evləri var. Onun Milanın yaxınlığındakı ən məşhur iqamətgahı Arkoredəki Villa San Martinodur, burada iyunun 13-də siyasətçi ilə vidalaşma yalnız ən yaxınları üçün təkbətək keçiriləcək. Berluskoninin digər məşhur iqamətgahı Sardiniya adasındadır.//report
Oxşar xəbərlər
Türkiyə seçkilərində son rəqəmlər: Ərdoğan liderdir - YENİLƏNİR
Türkiyədə səsvermə qutularının 99,01 faizi açılıb. Bu barədə Türkiyə Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Son məlumata görə, Rəcəb Tayyib Ərdoğan 49,36 faiz...
