Avropa İttifaqının (Aİ) mətbuat katibi Azərbaycanın işğal altında olan ərazilərində keçirilən qondarma prezident və parlament seçkiləri ilə bağlı "Dağlıq Qarabağ: Qondarma prezident və parlament seçkilərinə dair" adlı bəyanat yayıb.

BAKU.WS xəbər verir ki, "Report"a daxil olan bəyanatda deyilir:

"31 mart 2020-ci il tarixində Dağlıq Qarabağda qondarma prezident və parlament seçkilərini nəzərə alaraq Avropa İttifaqı təkrar bildirir ki, o, onların keçirildiyi konstitusiya və hüquqi çərçivəni tanımır. Bu tədbir Dağlıq Qarabağın gələcək statusunun müəyyən edilməsinə və ya cari danışıqlar prosesinin nəticələrinə heç bir xələl gətirə bilməz.

Avropa İttifaqı status-kvodan kənarda, hərtərəfli və davamlı sülh istiqamətində əhəmiyyətli danışıqlardan kənarda tərəqqinin əldə edilməsi üçün ATƏT-in Minsk qrupunun və xüsusilə də onun həmsədrlərinin göstərdikləri cəhdləri qəti şəkildə dəstəklədiyini xatırladır. Aİ Dağlıq Qarabağ münaqişəsinin erkən və sülh yolu ilə həllinə yönəlmiş cəhdləri dəstəkləməyə davam etməyə hazırdır".

BAKU.WS