Prezident bu icra başçısını işdən çıxaracaq - FOTO

Daha bir icra başçısı vəzifədən gedir.
BAKU.WS Modern.az-a istinadla xəbər verir ki, bu, 9 fevral 2020-ci il parlament seçkilərində adı qalib namizədlər sırasında olan Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədovdur.
Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi məlumatında bildirilir ki, A.Məmmədov 71,7 faiz səs çoxluğu ilə bütün rəqiblərini geridə qoyub.
Yaxın günlərdə ölkə Prezidenti tərəfindən A.Məmmədovun Kəlbəcər rayon İcra Hakimiyyəti başçısı vəzifəsindən azad edilməsilə bağlı sərəncam imzalayacağı gözlənilir.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülən A.Məmmədov 7 yanvar 2020-ci ildən məzuniyyətdə idi.
Hazırda onun səlahiyyətlərini birinci müavin Eldəniz Mehtiyev icra edir.

Oxşar xəbərlər
Prezident İlham Əliyevdən daha bir icra başçısı təyinatı - SƏRƏNCAM
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Ş.K.Məmmədovun Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. BAKU.WS xə...