7 ölkənin vətəndaşları üçün ABŞ-a giriş məhdudlaşdırılacaq - SİYAHI

ABŞ rəhbərliyi Belarus və Qırğızıstan da daxil olmaqla, yeddi ölkənin vətəndaşlarının Amerikaya girişini məhdudlaşdırılmağı planlaşdırır.
BAKU.WS “Ria.ru”ya istinadən xəbər verir ki, bu barədə “Wall Street Journal”ı məlumat yayıb.
Bildirilir ki, ilkin variantda Belarus, Qırğızıstan, Myanma, Nigeriya, Sudan və Tanzaniya vətəndaşları üçün planlaşdırılan məhdudiyyət siyahısına digər ölkələr də salınacaq.
Lakin hələlik bu siyahının rəsmi təsdiq edilmədiyi bildirilir.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp verdiyi müsahibəsində Amerika girişin məhdudiyyət siyahısını genişləndirməyi planlaşdırdıqlarını təsdiq edib. Lakin o, bu ölkələrin siyahısını açıqlamayıb.
Oxşar xəbərlər
MSK deputatlığa namizədlərin ilkin siyahısını açıqladı
Mərkəzi Seçki Komissiyası (MSK) 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkiləri üçün qeydə alınan namizədlərin siyahısını açıqlayıb. BAKU.WS xəbər veri...
