Azərbaycanın ən gənc məmurları - SİYAHI

Azərbaycanın ən gənc məmurları - SİYAHI
Siyasət 2479

Azərbaycan məmurlarının yaşına baxsaq məlum olur ki, onların yaşları 40-45-dən yuxarıdır. Azərbaycanın məmur kontingentində həqiqətən gənclər (40 yaşadək) çox deyil.

Prezident İlham Əliyev də yeni kadr islahatları çərçivəsində hökumətdə yüksək vəzifə tutmuş, uzun illik məmur təcrübəsinə malik şəxsləri azad edərək onları gənc və perspektiv kadrllarla əvəz edib.

BAKU.WS Azərbaycanda (40 yaşadək) ən gənc məmurların "ilk onluğunu" açıqlayır.

İsmayılov Şahin Əmir oğlu - 7 fevral 1986-cı il təvəllüdlü (33 yaş) - Milli Məclisin deputatı, Gənclər və İdman Komitəsi sədrinin müavini, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü.

Ülvi Mehdiyev - 30 yanvar 1985-ci il təvəllüd (34 yaş) - Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri

Asif Hüseynov - 25 aprel 1981-ci il təvəllüdlü (38 yaş) - Şabran rayon İcra Hakimiyyətinin başçısı

Anar Tağıyev - 25 mart 1981-ci il təvəllüd (38 yaş) - Yevlax Rayon İcra Hakimiyyətinin başçısı

Elnur Rzayev - 2 aprel 1980-ci il təvəllüdlü (39 yaş) Xaçmaz rayonunun IV başçısı

Anar Ələkbərov - 1981-ci ildə anadan olub (39 yaş) - Azərbaycan Respublikası Prezidentinin köməkçisi

Fuad Muradov - 22 iyul 1979-cu il təvəllüdlü (40 yaş) - Diasporla İş üzrə Dövlət Komitəsinin sədri

Vüsal Hüseynov - 12 yanvar 1980-ci il təvəllüdlü (40 yaş) - Dövlət Miqrasiya Xidmətinin rəisi

Sahil Babayev - 1980-ci ildə anadan olub (40 yaş) - Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri

Adil Vəliyev - 1980-ci ildə anadan olub (40 yaş) - ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi.

Son xəbərlər