Azərbaycan sərhədçiləri Ermənistanla sərhəddə 1,7 km irəliləyiblər

Azərbaycan sərhədçiləri Ermənistanla sərhəddə 1,7 km irəliləyiblər
Siyasət 4465

2019-cu il Azərbaycan Sərhəd Mühafizəsi üçün Ermənistan ilə dövlət sərhədinin mühafizəsi və müdafiəsi işinin təşkilinə başlanılması, döyüş hazırlı­ğı­nın daha yüksək səviyyədə təmin edilməsi, dövlət sərhədinin toxunulmaz­lığının təminatı tədbirlərinin ardıcıl davamı, dövlət sərhədinin əməliyyat və texniki yolla müha­fi­zə­­sinin gücləndirilməsi ilə əlamətdar il olub.

BAKU.WS Trend-ə istinadən məlumatına görə, bunu Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin 2019-cu ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində deyib.

E.Quliyev vurğulayıb ki, Azərbay­can Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Ko­mandanı İlham Əliyevin tapşırığı əsasında Ermənistan ilə dövlət sər­hədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsində, təmas xət­tində təhvil alınmış döyüş postlarında böyük miqyaslı işlər görülüb, Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyası xidməti-döyüş fəaliyyətinə baş­layıb.

Onun sözlərinə görə, hesabat dövründə bu istiqamətdə bütün sərhəd döyüş məntə­qələri, 3 yeni hərbi hissə inşa olunub, sərhəd döyüş məntəqələrinə aparan və onlar arası 38,7 km məsafədə qoruyucu val sədləri və 92 km məsafədə yollar salınıb, istifadəyə verilmiş hərbi obyektlər müasir istilik sistemləri, gene­rator və günəş batareyaları ilə təmin edilib, sərhəd döyüş məntəqələrinə sənaye işığı, qaz və su xəttləri çəkilib.

Mart və iyun-iyul aylarında düşmənin Qazax rayonunun Babakar dağı istiqa­mətində öz mövqelərini Azərbaycan ərazisinə doğru irəli çəkmək cəhdləri vaxtında aşkarlanıb, qabaqlayıcı tədbirlər nəticəsində sərhəd döyüş məntə­qələrinin döyüş mövqelərinin 1,5-1,7 km irəli çəkilməsinə, nəticədə müqabil ərazidəki Gürcüstandan Ermənistana gedən qaz xəttinin və qaz-kompressor stansiyasının tam nəzarətdə saxlanılmasına nail olunub.

Oxşar xəbərlər

Son xəbərlər