VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Atam hazırda reanimasiyadadır. Səhhətində yaxşılığa doğru cüzi irəliləyiş var”.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu açıqlamasında səhhətində problemlər yaranan Milli Məclisin deputatı Yevda Abramovun qızı Bəsti Yusifova deyib.

“Həkimlərin sözlərinə görə, ola bilər hər şey yaxşı olsun və yenidən palataya köçürülsün”, - deputatın qızı bildirib.

Qeyd edək ki, yəhudi əsilli Y.Abramov 1948-ci ildə Qubanın Qırmızı Qəsəbəsində anadan olub. O, Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasını təmsil edir. Y.Abramov Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavinidir.

Bir neçə ildir səhhətində problemlər olan deputatın müalicəsi hazırda Mərkəzi Klinik Xəstəxanada davam etdirilir.

BAKU.WS