VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr edilmiş təntənəli mərasimdə geniş, əhatəli nitqlə çıxış edib. Sumqayıtın yaranmasından, Heydər Əliyevin bu şəhər üçün gördüyü işlərdən, Sumqayıt hadisələrindən, AXC-Müsavat hakimiyyətindən və digər mövzulardan danışıb.

İlham Əliyev AXC-Müsavat hakimiyyətinin rəhbərlərini sərt tənqid edib. Prezident çıxışında o zamanlı dövlət katibi Əli Kərimlidən də danışıb. Onu siyasi dönük, flüger, satqın və s. adlandırıb. Habelə oktyabrın 19-da Bakıda mitinq cəhdi zamanı Əli Kərimlinin hərəkətlərindən bəhs edib.

Prezidentin Əli Kərimli haqda dediklərindən sitat:

 -Yaxud da ki, dövlət katibi. İstəyirdi komsomolda öz karyerasını artırsın, sonra partiya işinə keçsin və karyerist kimi hansısa bir vəzifəyə sahib olsun. Belələrinə siyasi dönük, flüger deyirlər. Onun bütün tarixi satqınlıq tarixidir. Komsomolçuları satıb, öz partiya himayədarlarını satıb, ondan sonra qoşulub Xalq Cəbhəsinə, orada da Əbülfəz Elçibəyi satıb. Bunu cəbhəçilər yaxşı bilirlər. Əbülfəz Elçibəy xəstələnəndə ən çox sevinən elə o idi. Mən bunu dəqiq bilirəm, bu məlumat var. Sevinirdi ki, xəstələnib öləcəkdir, bu da keçəcəkdir onun yerinə.

İndi son hadisələr də göstərdi ki, o, hansı hünərə sahibdir. Yəni, bu isterika, bu paranoya, bu qorxaqlıq, - özünü lider sayan hansı adam özünə rəva bilər ki, bunu nümayiş etdirsin və ondan sonra bütün millətə bəyan etsin ki, mənə qarşı zor tətbiq ediblər. Bu, yalandır. Özünə hörmət edən, ləyaqəti üstün tutan hansı adam belə söz deyər. Bax, bu adam prezidentlik iddiasında olub və bu gün vaxtilə xalq hərəkatı tərəfindən yaradılmış Xalq Cəbhəsinə rəhbərlik etməyə çalışır.

BAKU.WS