Azərbaycanın general-polkovnikləri - SİYAHI
16
noy
2019
11:35
General-polkovnik Azərbaycanın güc strukturlarında ən yüksək rütbə sayılır.BAKU.WS xəbər verir ki, bu rütbəni ölkənin müdafiə, fövqəladə hallar, daxili işlər nazirləri, o cümlədən baş prokuror, xidmət rəisləri və başqaları daşıyır. General-polkovnik rütbəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlarla təyin olunur. Hazırda vəzifə başında olan və istefaya göndərilən general-polkovnik rütbəsini daşıyan şəxslərin siyahısı belədir:1. Zakir Həsənov - Müdafiə naziri2. Nəcməddin Sadıqov - Müdafiə nazirinin 1-ci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi3. Vilayət Eyvazov - Daxili işlər naziri4. Kəmaləddin Heydərov - Fövqəladə Hallar naziri5. Elçin Quliyev - Dövlət Sərhəd Xidmətinin rəisi6. Vaqif Axundov - Xüsusi Dövlət Mühafizəsi Xidmətinin rəisi7. Bəylər Əyyubov - Xüsusi Dövlət Mühafizəsi Xidməti rəisinin 1-ci müavini və Prezidentin Şəxsi Mühafizə İdarəsinin rəisi8. Zakir Qaralov - Baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri9. Fikrət Məmmədov – Ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri10. Mədət Quliyev - Müdafiə sənayesi naziri11. Ramil Usubov - Prezident yanında Təhlukəsizlik Şurasının katibi12. Səfər Əbiyev - Eks-müdafiə naziri13. Aydın Əliyev - Dövlət Gömrük Komitəsinin keçmiş sədri14. Fazil Məmmədov - I dərəcəli dövlət vergi xidməti müşaviri.15. Namiq Abbasov - Sabiq milli təhlükəsizlik naziri (1995-2004)16. Tofiq Ağahüseynov - Böyük Vətən müharibəsi veteranı, Respublika Veteranlar Təşkilatının sədri (SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlı)17. Eldar Mahmudov - sabiq milli təhlükəsizlik naziri.Orxan Hüseyn
Oxşar xəbərlər
MDB ölkələrinin müdafiə nazirləri Bakıya yığışacaq
Oktyabrın 30-da Bakıda Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək.BAKU.WS xəbər verir ki, tədbirdə Azərba...